Georgi Nikolov: "Elfsborq"la şanslarımız bərabərdi"

Georgi Nikolov: "Elfsborq"la şanslarımız bərabərdi"
"Oyun bizim üçün bir qədər gərgin, əsəbi şəkildə keçdi. Çünki ilk dəqiqələrdən qapımızda qol gördük. İkinci hissəyə gəlincə, məncə, özünüz yazıq rəqibin başına gələnləri gördünüz. Yenidən bunları təkrarlamağa ehtiyac olmadığını düşünürəm. Nə baş verməli idisə, o da oldu. Komanda bu qələbəyə layiq idi". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in prezidenti Georgi Nikolov deyib.
"Tiraspol"la oyundan sonra açıqlama verən "İnter"in "Elfsborq"la oyundakı şanslarından danışıb: "Mən realist insanam. Ona görə də şansları bərabər sayıram. 100 faiz mərhələ adlamağımızı deməyim şit çıxa bilər. Nə qədər çox mərhələ keçsək, bir o qədər yaxşıdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər