"Cüneyt Çakırla qürur duyuruq". Fanat.az xəbər verir ki, bu sözləri Tokatda təşkil edilən mitinq sonrası iftar proqramına qatılan Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan deyib.
Bu günə qədər sözünü həmişə tutduğunu deyən Ərdoğan, fikrini belə tamamlayıb: "Yeni Türkiyə inşallah yeni cumhurbaşkanıyla yeni prezident anlayışı ilə fərqli yüksələcək. Bu günə qədər millətimə verdiyim hər sözümü tutdum . Bu sözümü də inşallah tutacağam. "
Ərdoğan həmçinin Argentina-Hollandiya matçını idarə etməsini görə hakim Cüneyt Çakırla qürur duyduqlarını da ifadə edib: "Milli komandamız olmasa da hakimlərimizlə dünya çempionatında təmsil olunuruq. Uğurlu çıxışa görə, buradan özlərini təbrik edirəm."
Fanat.az