Dünya çempionatının ən yaxşı futbolçularından biri olan Ceyms Rodriges "Real"ın maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, "Kral Klubu" kolumbiyalı ulduzu heyətinə qatmaq istəyir.
"Real" bu transfer üçün "Monako"ya 75 milyon avro təklif edib. Hazırda tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, peşəkar karyerasına Kolumbiyanın "Enviqado" klubunda başlayan Rodriges daha sonra Argentinanın "Atletiko Banfield" və Portuqaliyanın "Portu" klublarında çıxış edib. 22 yaşlı yarımmüdafiəçi DÇ-2014-də 6 qol vurub və Kolumbiyanın 1/4 finaladək irəliləməsində əsas pay sahiblərindən biri olub.
Fanat.az