DÇ-2014-ün ən dəyərli komandaları

DÇ-2014-ün ən dəyərli komandaları
"Forbes" jurnalı dünya çempionatının ən dəyərli 10 komandasını müəyyənləşdirib. Fanat.az xəbər verir ki, jurnal həmin komandaların ən bahalı futbolçularını da açıqlayıb.
Məlum olub ki, dünya çempionatına qatılan 32 komandadan ən bahalısı Braziliyadı. Yarımfinalda Almaniyaya 1:7 hesabı ilə uduzan "sambaçılar"ın 718 milyon dollar qiyməti var.
Mundialın ən dəyərli oyunçusu isə Lionel Messi hesab olunur. Argentina yığmasının üzvünə 163 milyon dollar qiymət qoyulub. Onu 136 milyon dollarlıq dəyərlə "Real"ın və Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldo izləyir.
1. Braziliya
Dəyəri: 718.000.000 $
Ən dəyərli oyunçusu: Neymar - 78.000.000 $
2. İspaniya
Dəyəri: 674.000.000 $
Ən dəyərli oyunçusu: Andres İnyesta - 75.000.000 $
3. Argentina 
Dəyəri: 654.000.000 $
Ən dəyərli oyunçusu: Lionel Messi - 163.000.000 $
4. Almaniya
Dəyəri: 622.000.000 $
Ən dəyərli oyunçusu: Mario Götze - 61.000.000 $
5. Fransa
Dəyəri: 555.000.000 $
Ən dəyərli oyunçusu: Paul Poqba - 61.000.000 $
6. İngiltərə
Dəyəri: 493.000.000 $
Ən dəyərli oyunçusu: Ueyn Runi - 61.000.000 $
7. Belçika
Dəyəri: 468.000.000 $
Ən dəyərli oyunçusu: Eden Hazard - 61.000.000 $
8. İtaliya
Dəfəri: 449.000.000 $
Ən dəyərli oyunçusu: Mario Balotelli - 41.000.000 $
9. Portuqaliya
Dəyəri: 400.000.000 $
Ən dəyərli oyunçusu: Kriştiano Ronaldo - 136.000.000 $
10. Rusiya
Dəyəri: 262.000.000 $
Ən dəyərli oyunçusu: İqor Akinfeyev - 27.000.000 $
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər