Braziliyada keçirilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, hazırda turnirdə 1/8 final mərhələsinin oyunları keçirilir.
Qollar
İndiyədək baş tutan 50 oyunda 136 qol vurulub, 4 avtoqol qeydə alınıb. 136 qola 99 müxtəlif futbolçu imza atıb.
Turnirin bombardiri Kolumbiya yığmasının üzvü Ceyms Rodrigesdi. Amerikalı oyunçu rəqib qapıçıları 5 dəfə məyus edib. Argentinalı Lionel Messi, braziliyalı Neymar və alman Tomas Müller 4 dəfə fərqlənib. 5 futbolçu 3, 14-ü oyunçu 2, 76 nəfər isə 1 dəfə rəqib qapılarına yol tapıb.
5 qol: Ceyms Rodriges (Kolumbiya).
4 qol: Lionel Messi (Argentina), Neymar (Braziliya), Tomas Müller (Almaniya).
3 qol: Enner Valensiya (Ekvador), Kərim Benzema (Fransa), Robin van Persi, Aryen Robben (Hollandiya), Herdan Şaqiri (İsveçrə).
2 qol: İslam Slimani (Əlcəzair), Tim Kahill (Avstraliya), Cekson Martines (Avstraliya), Aleksis Sançes (Çili), Mario Mandzukiç, İvan Perişiç (Xorvatiya), Andre Ayev, Asamoah Qyan (Qana), Vilfried Boni, Gervinyo (Kot`D-İvuar), Mempis Depay (Hollandiya), Əhməd Musa (Nigeriya), Klint Dempsey (ABŞ), Luis Suares (Uruqvay).
1 qol: Yasin Brahimi, Abdelmoumene Cabu, Sofiane Fequli, Rafik Halliçe (Əlcəzair), Markos Rojo (Argentina), Mile Jedinak (Avstraliya), Marouane Fellaini, Dries Mertens, Divok Origi, Jan Vertongen (Belçika), Edin Ceko, Vedad İbişeviç, Miralem Pyaniç, Avdiya Vrşayeviç (Bosniya və Hersoqovina), Fernandinyo, Fred, David Luiz, Oskar (Braziliya), Joel Matip (Kamerun), Çarles Aranguiz, Jean Beauseyur, Xorxe Valdivia, Eduardo Varqas (Çili), Pablo Armero, Xuan Quadrado, Teofilo Qutiyerres, Xuan Quyntero (Kolumbiya), Coel Kampbell, Oskar Duarte, Bryan Ruiz, Marko Urena (Kosta Rika), İvika Oliç (Xorvatiya), Ueyn Runi, Daniel Sturridge (İngiltərə), Olivier Qiroud, Blayse Matuidi, Mussa Sissoko, Matyu Valbuena (Fransa), Mario Götze, Mats Hummels, Miroslav Kloze (Almaniya), Georgios Samaras, Andreas Samaris (Yunanıstan), Karlo Kostli (Honduras), Rza Qooçannejad (İran), Mario Balotelli, Klaudio Marçisio (İtaliya), Keysuke Honda, Şinji Okazaki (Yaponiya), Koo Ja-Çeol, Lee Keun-Ho, Son Heunq-Min (Cənubi Koreya), Andres Quardado, Xavyer Hernandes, Rafael Markuez, Oribe Peralta (Meksika), Leroy Fer, Stefan de Vrij (Hollandiya), Peter Odemvingie (Nigeriya), Nani, Kriştiano Ronaldo, Silvestr Varela (Portuqaliya), Aleksandr Kerjakov, Aleksandr Kokorin (Rusiya), Xabi Alonso, Xuan Mata, Fernando Torres, David Vilya (İspaniya), Blerim Cemaili, Admir Mehmedi, Haris Seferoviç, Qranit Haka (İsveçrə), Con Brooks, Jermaine Jones (ABŞ), Edinson Kavani, Dieqo Qodin (Uruqvay).
Avtoqollar
50 oyunda 4 futbolçu qapıları səhv salıb. Belə ki, braziliyalı Marselo, honduraslı Noel Valladares, bosniyalı Sead Kolaşinaç və qanalı Con Boye avtoqol müəllifi olub. Onlar Xorvatiya, Fransa, Argentina və Portuqaliya millilərini sevindirib.
Marselo (Braziliya) - Xorvatiya ilə oyunda
Noel Valladares (Honduras) - Fransa ilə oyunda
Sead Kolaşinaç (Bosniya və Hersoqovina) - Argentina ilə oyunda
Con Boye (Qana) - Portuqaliya ilə oyunda
Penalti
136 qoldan 8-i penaltidən vurulub. Neymar, Xabi Alonso, Mile Jedinak, Xuan Quadrado, Edinson Kavani,
Kərim Benzema, Tomas Müller və Sofiane Fequli hərəyə bir dəfə 11 metrlik cərimə zərbəsindən yararlanıb.
Braziliya, İspaniya, Avstraliya, Kolumbiya, Uruqvay, Fransa, Almaniya və Əlcəzair yığmaları penaltiyə sevinibsə, Hollandiya 2, Xorvatiya, Yaponiya, Kosta Rika, Honduras, Portuqaliya və Belçika 1 dəfə buna görə məyus olub.
Neymar (Braziliya) - Xorvatiya ilə oyunda
Xabi Alonso (İspaniya) - Hollandiya ilə oyunda
Mile Jedinak (Avstraliya) - Hollandiya ilə oyunda
Xuan Quadrado (Kolumbiya) - Yaponiya ilə oyunda
Edinson Kavani (Uruqvay) - Kosta Rika ilə oyunda
Kərim Benzema (Fransa) - Hondurasla oyunda
Tomas Müller (Almaniya) - Portuqaliya ilə oyunda
Sofiane Fequli (Əlcəzair) - Belçika ilə oyunda
Dubllar
50 oyunda 12 dubl qeydə alınıb. Braziliyalı Neymar iki oyunda rəqibləri iki dəfə meydanın mərkəzinə dəvət edib. Robin van Persi, Aryen Robben, Mario Mandzukiç, Cekson Martines, Georgios Samaras, Luis Suares, Kərim Benzema, Enner Valensiya, Lionel Messi və Əhməd Musa hərəyə bir dəfə dubl edib.
Neymar (Braziliya) - Xorvatiya ilə oyunda
Neymar (Braziliya) - Kamerunla oyunda
Mario Mandzukiç (Xorvatiya) - Kamerunla oyunda
Robin van Persi (Hollandiya) - İspaniya ilə oyunda
Aryen Robben (Hollandiya) - İspaniya ilə oyunda
Cekson Martines (Hollandiya) - İspaniya ilə oyunda
Georgios Samaras (Yunanıstan) - Kot`D-İvuarla oyunda
Luis Suares (Uruqvay) - İngiltərə ilə oyunda
Kərim Benzema (Fransa) - Hondurasla oyunda
Enner Valensiya (Ekvador) - Hondurasla oyunda
Lionel Messi (Argentina) - Nigeriya ilə oyunda
Əhməd Musa (Nigeriya) - Argentina ilə oyunda
Het-triklər
İki futbolçu het-triklə yadda qalıb. Alman Tomas Müller Portuqaliyanı iki dəfə meydanın mərkəzinə dəvət edib. İsveçrəli Herdan Şaqiri isə Hondurasla oyunda 3 dəfə fərqlənib.
Tomas Müller (Almaniya) - Portuqaliya ilə oyunda
Herdan Şaqiri (İsveçrə) - Hondurasla oyunda
Fanat.az