Cüneyt Çakır Hollandiyanın adamıdır?- Argentinalılar narazıdı

Cüneyt Çakır Hollandiyanın adamıdır?- Argentinalılar narazıdı

Türkiyəli hakim Cüneyt Çakırın Argentina-Hollandiya oynuna təyin edilməsi birincilərin narazılığına səbəb olub.Fanat.az "Milliyət" qəzetinə istinadən xəbər verir ki, cənubi amerikalıların apardığı araşdırma nəticəsində məlum olub ki, Çakır Hollandiyaya çox yaxın hakimdir. 

Argentina mətbuatında qeyd olunur ki, Çakırın Hollandiyalı köhnə hakim və hazırda UEFA hakim komitəsinin üzvü olan Jaap Uilenberg ilə çox yaxın münasibətləri var.

Hollandiya Futbol Federasiyasında vəzifə aldığı xatırladılan Uilenbergin bundan əvvəlki aylarda Antalyaya gəlməsi və burda Türk hakimlə birlikdə olmasına diqqət çəkilib. Argentina tərəfinin fikrincə FİFA-nın bu mübarizəyə türk hakimi təyin etməsi böyük riskdir və oyunun talehinə təsir edə bilər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər