"Karyeramda ilk dəfə idi ki, meydan oyuçusu dayanan qapıya penalti vururdum. Bu həm də ilk penalti oldu ki, dəqiq yerinə yetirə bilmədim. Əslində qapıda qapıçı dayansaydı, mənə daha rahat olardı. Fikirləşəndə ki, sənin zərbəni qapıçı yox, oyunçu qaytaracaq...". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in futbolçusu Baçana Tsxadadze deyib.
"Tiraspol"la oyunda qapıçı meydandan qovulduğu üçün qapıya sahə oyunçusu keçib və Tsxadadzenin zərbəsini dəf edib. Lakin hücumun davamında Arif Daşdəmirov topu tora qovuşdura bilib.
Bana növbəti rəqibləri "Elfsborq"la bağlı da danışıb: "Hələ ki, "Elfsborq" haqda geniş məlumatımız yoxdu. Çünki ilk növbədə "Tiraspol"u keçməli idik. Sabahdan (bu gün - red) onları öyrənməyə çalışacağıq. Onu deyə bilərəm ki, "Elfsburq" daha çətin rəqibdi. Bu komanda ardıcıl neçə ildi ki, avrokuboklarda çıxış edir. Buna görə də heyətlərində Avroliqa təcrübəsi olan futbolçular çoxdu. Bu görüşə daha ciddi hazırlaşmalıyıq".
Fanat.az