Azərbaycan millisinin AÇ-də rəqibləri bəlli oldu

Azərbaycan millisinin AÇ-də rəqibləri bəlli oldu

Bu il Bakıda keçiriləcək 17 yaşlı qız həndbolçular arasında Avropa çempionatının püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil edilən mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Yığmamız Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstanla birlikdə A qrupunda mübarizə aparacaq.

B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları seçmələri qüvvələrini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı avqustun 5-13-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər