Azərbaycan millisi Gürcüstan yığmasına qalib gəldi

Azərbaycan millisi Gürcüstan yığmasına qalib gəldi

Həndbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir.

Fanat.Az xəbər verir ki, hazırda Tiflisdə təlim-məşq toplanışında olan komandamız gürcüstanlı həmyaşıdları ilə yoxlama matçında qüvvəsini sınayıb.

Qarşılaşma həndbolçularımızın 31:15 hesablı qələbəsi ilə yekunlaşıb.

17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Millimiz A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər