Yeni mövsümə hazırlıqlarını davam etdirən AZAL 5 günlük məşqlərdən sonra ilk yoxlama görüşünü keçirib. Fanat.az xəbər verir ki, "təyyarəçilər" "AZAL Arena"da tələbələrdən ibarət yığma komanda ilə görüşüb.
Baş məşqçi Tərlan Əhmədov ixtiyarında olan futbolçuların hamısına meydanda özünü göstərmək üçün şans verib. Bu səbəbdən AZAL-ın heyətində 24 futbolçu meydana çıxıb. İlk hissədə meydanda bu futbolçular olub: Stanislav Namaşko, Novruz Məmmədov, Oskar Klava, Asif Mirili, Laşa Kasradze, Orxan Lalayev, Kərim Diniyev, Rəşad Abdullayev, Pavel Xorquaşvili, Təmkin Xəlilzadə, Aydın Qasımov.
İkinci yarıda isə heyət belə olub: Ruslan Məcidov (Taleh Əsədov), Eltun Yaqublu, Tural Nərimanov, Səbuhi Həsənov, Xuan Martines, Emin Mustafayev, Şəhriyar Rəhimov, Orxan Həsənov, Con Oluremi (Orxan Səfiyaroğlu), Elmin Çobanov, Viktor İbekoyi.
İlk hissədə rəqib müqavimət göstərək hesabın açılmasına imkan verməyib. Daha doğrusu, AZAL-ın futbolçuları ələ düşən imkanları boşa verib. Fasilədən sonra isə qollar sıralanıb. 50-ci dəqiqədə Con Oluremi Viktor İbekoiyə qarşı kobudluğa görə təyin olunan penaltini boşa verməklə seçilib. Amma sonrakı 5 dəqiqə ərzində AZAL 2 dəfə qola sevinib. Öncə baxışda olan Emin Mustafayev, sonra isə Viktor İbekoyi fərqlənib. Elə görüşdə yekun nəticəni də Viktorun qolu müəyyənləşdirib - 3:0.
Fanat.az