AZAL-da gürcü yarımmüdafiəçi

AZAL-da gürcü yarımmüdafiəçi
AZAL Gürcüstandan baxışa futbolçu dəvət edib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Pavle Xorquaşvilini sınayır. 26 yaşlı yarımmüdafiəçi tələbə yığması ilə oyunun ilk yarısında meydanda olub.
Xorquaşvilinin son iş yeri Gürücüstanın "Quriya" klubu olub. O, mövsümün ikinci yarısında 4 oyuna çıxıb, 254 dəqiqə oynayıb və 1 qol vurub. Pavle əvvəllər Gürcüstanın "Dila", "Qaqra" və Finlandiyanın "Rovaniemi" klublarında oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər