Braziliyada keçirilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə keçirilən ikinci yarımfinal oyununun qalibi müəyyənləşib.
Mərhələnin sonuncu matçında Hollandiya Argentinanı sınağa çəkib. Bu il istifadəyə verilmiş və 62 min 601 azarkeş tutumuna malik “Arena de Sao Paulo” stadionunda baş tutan oyunun əsas və uzatma dəqiqələri heç-heçə (0-0) bitib. Finalçının kimliyi penaltilər seriyasında müəyyənləşib. Qarşılaşmanın qəhramanına çevrilən Argentina millisinin qapıçısı Romero öncə Vların daha sonra Sneyderin zərbəsini dəf edərək komandasının finala çıxmasında böyük pay sahibi olub.
Beləliklə, Argentina millisi tarixində üçüncü dəfə (1986, 1990) Almaniya ilə finalda qarşılaşacaq. Onu da qeyd edək ki, əvvəlki iki qarşılaşmarda, 1986-cı ildə Argentina, 1990-cı ildə isə Almaniya millisi dünya kubokunu vətəninə apara bilib.
Fanat.az