AZAL-ın əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, komanda hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.
"Təyyarəçilər"in rəqibi “Binə” olub. Görüş AZAL-ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Şüvəlan təmsilçisinin qollarına Qismət Bağırov (2 dəfə) və Coşqun Behbudov imza atıb.
Fanat.az