Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Superfinalına vəsiqə qazanıb. Fanat.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatının seçmə mərhələsində millimiz ilk oyunda Qazaxıstan yığmasını məğlub edib - 3:1. Qolları Hikmət Bağırov, Amid Nəzərov və Sabir Allahquliyev vurub.
Növbəti oyunda millimiz Estoniya yığmasına məğlub olub. 1:2 hesabı ilə başa çatan qarşılaşmada futbolçularımızdan Hikmət Bağırov fərqlənib.
Qrup mərhələsinin üçüncü oyununda millimiz Moldova yığmasını 4:2 hesabı ilə məğlubiyyətə uğradıb. Moldova komandasının qapısından topları Asif Zeynalov, Orxan Məmmədov, Amid Nəzərov və Sabir Allahquliyev keçirib.
Millimizin iştirak edəcəyi Avropa Superfinalı avqustun 14-dən 17-dək İspaniyanın Torredambarra şəhərində təşkil olunacaq.
Fanat.az