Valentin Demyanenko ilk cəhddəcə finalda!

Valentin Demyanenko ilk cəhddəcə finalda!
Almaniyanın Brandenburq şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatının ikinci yarış günü 200 metr məsafəyə yürüşlərlə başlanıb. Fanat.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Valentin Demyanenko və Mirnazim Cavadov start xəttinə çıxıblar. 
1 nəfərlik kanoe qayığında (C-1) yer alan Demyanenko elə ilk mərhələdəcə nəyə qadir olduğunu isbatlayıb. Zədəsini yenicə bərpa etmiş 4 qat dünya və 4 qat Avropa çempionumuz seçmə yürüşdə finişə 39,558 saniyəyə çataraq, birinci olub. Bununla da Demyanenko birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici yürüş iyulun 13-də Bakı vaxtı ilə saat 14:56-da olacaq. 
1 nəfərlik kayak qayığı (K-1) ilə çıxış edən Cavadov isə seçmə yürüşdə 36,227 saniyə göstərici ilə 4-cü olub. Bu nəticə ilə təmsilçimiz iyulun 13-də keçiriləcək yarımfinal yürüşünə vəsiqə qazanıb. O, növbəti mərhələdə ilk "3-lüy"ə düşməyi bacarsa, elə sabah əsas finalda da iştirak hüququna yiyələnəcək. 
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycan millisinin üzvlərindən Sergey Bezuqlıy - Aleksey Kupin dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə həm 1000 metr, həm də 500 metr, Nikolay Matviyçuk isə 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşdə finala yüksəlib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər