Tarixdə ilk dəfə: kubok Avropaya gəlir

Tarixdə ilk dəfə: kubok Avropaya gəlir
Braziliyada keçirilən dünya çempionatı sona çatıb. Fanat.az xəbər verir ki, bu gecə turnirin final matçı keçirilib.
Həlledici qarşılaşmada Almaniya və Argentina milliləri qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan qarşılaşmanın 113-cü dəqiqəsində Mario Götze fərqlənib və Almaniya qələbə qazanıb - 1:0.
Qeyd edək ki, Almaniya və Argentina milliləri 3-cü dəfə dünya çempionatının finalında qarşılaşıb. Komandalar bundan əvvəl 1986 və 1990-cı illərdəki mundialların həlledici matçlarında üz-üzə gəlib. 1986-cı ildə Argentina 3:2, 4 il sonra Almaniya 1:0 hesablı qələbə qazanıb. Almaniya 4-cü dəfə dünya çempionu olub (1954, 1974, 1990), 4 dəfə finalda uduzub (1966, 1982, 1986, 2002). Argentina isə 2 dəfə kuboka sahib çıxıb (1978, 1986), 2 dəfə gümüş medalla kifayətlənib. 
20-ci dəfə təşkil olunan dünya çempionatınra 8-ci dəfə Amerika dövləti ev sahibliyi edib. İlk dəfə kubok Amerikadan kənara çıxıb.
DÇ-2014
Final
13 iyul
00.00 Almaniya - Argentina 1:0 (əlavə vaxt)
Qol: Mario Götze, 113.
Almaniya: Manuel Neuer, Benedikt Hövedes, Mats Hummels, Filip Lam, Jerome Boatenq, Bastian Şvaynştayger, Məsut Özil (Per Mertesaker, 120), Tomas Müller, Toni Kroos, Kristof Kramer (Andre Şkürrle, 32), Miroslav Kloze (Mario Götze, 88).
Ehtiyat oyunçular: Ron-Robert Zieler, Roman Veydenfeller, Kevin Qrosskreutz, Mattias Ginter, Erik Durm, Lukas Podolski, Julian Draksler, Sami Xedira.
Baş məşqçi: Yoahim Löv.
Argentina: Serxio Romero, Ezequel Qaray, Pablo Zabaleta, Lukas Biglia, Xavyer Maskerano, Martin Demiçelis, Markos Rojo, Enzo Peres (Fernando Qaqo, 86), Qonzalo Hiquayn (Rodriqo Palasio, 78), Lionel Messi, Ezekuel Lavezzi (Serxio Aquero, 46).
Ehtiyat oyunçular: Aqustin Orion, Mariano Andujar, Hüqo Kampaqnaro, Federiko Fernandes, Jose Basanta, Angel Di Maria, Maksi Rodriges, Auqusto Fernandes, Rikardo Alvares.
Baş məşqçi: Alexandro Sabella.
Sarı vərəqələr: Bastian Şvaynştayger, 29. Benedikt Hövedes, 34 - Xavyer Maskerano, 64. Serxio Aquero, 65.
Hakimlər: Nikola Rizzoli, Renato Faverani, Andrea Stefani (İtaliya), Karlos Vera (Ekvador).
Rio-de-Janeyro. "Marakana" stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər