Tahir Sülemanovun istefası qəbul olundu - rəsmi açıqlama

Tahir Sülemanovun istefası qəbul olundu - rəsmi açıqlama
Tahir Süleymanovun "Neftçi"dən istefası qəbul olunub. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, prezident Sadıq Sadıqov "Koper"lə oyundan (1:2) sonra istefa verən vitse-prezidentin ərizəsini qəbul edib: “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov 2014-cü ilin aprel ayında klub prezidenti Sadıq Sadıqova istefa ərizəsi ilə müraciət etmişdi. Lakin onun istefa məsələsinə daha sonra baxılmasına qərar verilmişdi. Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” - “Koper” matçından sonra vitse-prezident Tahir Süleymanov istefa ərizəsinə yenidən baxılması üçün klub prezidenti Sadıq Sadıqova müraciət edib. Onun istefa ərizəsinə yenidən baxılıb və istefası klub prezidenti tərəfindən qəbul olunub".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər