Branmir Subaşiçlə bağlı Türkiyədə yaranan qalmaqalla bağlı məlumat vermişdik. Belə ki, "Orduspor"la anlaşan millimizin sabiq üzvü sonradan "Manisaspor"a üz tutmuşdu. Bu səbəbdən iki klub bir-birini ittiham etmişdi.
Fanat.az xəbər verir ki, Türkiyə mətbuatı Subaşiçin "Manisaspor"a keçidinin səbəbini açıqlayıb. Məlum olub ki, futbolçunun bu kluba üz tutmasına həmyerliləri səbəb olub. Belə ki, "Manisaspor"un serb kapitanı Nikola Mikiç və ötən mövsüm icarə əsasında bu komandada çıxış etmiş Slavko Peroviç vasitəçilik edərək onu Manisa klubuna keçməyə razı salıb.
Fanat.az