Subaşiç rəsmən "Manisaspor"da - FOTOLAR

Subaşiç rəsmən "Manisaspor"da - FOTOLAR
Branimir Subaşiçin "Manisaspor"a keçidi rəsmiləşib. Fanat.az xəbər verir ki, Manisa təmsilçisi 4 futbolçu ilə müqavilə imzalayıb.
"Orduspor"dan gələn Subaşiçlə yanaşı, Metin Yüksel (Altay), Süleyman Çelikyurt (Dənizlispor) və Erdi Öner (Adana Dəmirspor) ictimaiyyətə təqdim olunub. Yüksəllə 3, Subaşiç, Öner və Çelikyurtla 2 illik müqavilə bağlayıb.
Subaşiç müqaviləni imzaladıqdan sonra qısa açıqlama verib: "Bu komandaya xeyir vermə5k üçün əlimdən gələni edəcəyimə heç kimin şübhəsi olmasın".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər