Rövnəq Abdullayev azarkeşlərdən narazı qaldı

Rövnəq Abdullayev azarkeşlərdən narazı qaldı
AFFA prezidenti Rövnəq Abdullayevlə "Qarabağ"ın prezidenti Abdulbari Gözəl Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Maltanın "Valletta" klubuna 4:0 hesabıyla qalib gələn komanda üzvləri ilə görüşüblər. Fanat.az xəbər verir ki, onlar futbolçu və məşqçi heyətini təbrik ediblər, onlara qarşıdakı oyunlarda da inandıqlarını dilə gətiriblər, uğurlar arzulayıblar.
Rövnəq Abdullayev matçı canlı izləyən azarkeşlərdən narazı qalıb: "Oyun başa çatmamış - 87-ci dəqiqədə azarkeşlər meydanı tərk etdilər. Onların hərəkətindən narazı qaldım. Axı necə ola bilər ki, komandan böyük hesabla qalib gəldiyi oyun başa çatmamış meydanı tərk edəsən? Bu, "Qarabağ"a qarşı hörmətsizlikdi". 
Abdullayevin "Qarabağ"ın "Zalsburq" səddini keçməli olduğunu bildirib: "Klublarımızın Bakıda belə hesabla qələbə qazanması yadıma gəlmir. Bütün futbolsevərləri təbrik edirəm. "Qarabağ" rəqib futbolçuların kobudluğuna öz qolları ilə cavab verdi. Komandamız səfərdəki kimi, evdə də yaxşı oynadı. Bu tempdə də davam etmək lazımdı. Oyundan sonra futbolçulara da dedim ki, sabah (bu gün) Qarabağın işğalı günüdü. Ona görə də bu qələbə bütün ağdamlılar üçün bir təsəlli oldu. "Zalsburq" güclüdü. Bu, artıq "Valletta" deyil. Ağır olacaq. Hazırlaşmaq və onları da keçmək lazımdı. Ümid edirəm ki, bu zəfərin davamı gələcək və komandamız Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək". 
AFFA rəhbəri Avropa Liqasındakı təmsilçilərimizin - "İnter"lə "Neftçi"nin də şanslarına toxunub: "İnter"in səfərdəki qələbəsindən sonra mərhələ adlamaq üçün yaxşı şansı var. İsveç klubunu evdə də məğlub etmək lazımdı. Baxaq görək "Neftçi" nə edəcək. Onlara çətin olacaq. Amma onlar da mərhələ keçə bilərlər".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər