"Düşünürəm ki, vacib nəticə idi. Biz ancaq qələbə haqda fikirləşirdik. Məncə pis oyun alınmadı, sadəcə daha yaxşı oynaya bilərdik. Buna baxmayaraq, belə olmağı işimizin xeyrinə oldu və komandanın toparlanmağında rolu oldu". Fanat.az xəbər verir ki, bu sözləri "Valletta" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Malta klubunu 4:0 hesabı ilə yenən "Qarabağ"ın baş məşqçisi "Zalsburq"la matçda açıq oyuna üstünlük verməyəcəklərini bildirib: "Yenə də çatışmazlıqlarımız var. Qarşıda daha çətin oyunumuz olacaq. Bu rəqiblə bizi gözləyən komanda eyni deyil. Sabahdan məşqlərə başlayacağıq. Çalışacağıq ki, rəqibə güclü müqavimət göstərək".Çalışacağıq ki, bu boşluqlar həmin oyunda olmasın. "Zalsburq"la qarşılaşmada açıq oyuna üstünlük verməyəcəyik. Onlarla bir az fərqli oynayacağıq, amma öz oyunumuzdan əl çəkməmək şərtilə. Top bizdə olsa da, daha çox müdafiəni düşünməliyik.
Qurbanov Reynaldonu əvəzləməsinin səbəbini açıqlayıb: "O əzələsindən kiçik zədə aldı. Buna görə əvəzlədim. "Zalsburq"la oyunadək Qara Qarayevlə Maksim Medvedev hazır olacaq. Rəşad Sadıqovun oynaması isə sual altındadı. Ola bilər ki, tam hazır olmasın".
Fanat.az