Qurban Qurbanov: "Mərhələ keçməmişik"

Qurban Qurbanov: "Mərhələ keçməmişik"
"Asan oyun olmadı. Maltalılar 90 dəqiqə görsərdi ki, hər an qol vurmağa qadirdi". Fanat.az xəbər verir ki, bu sözləri "Valletta" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Qarabağ" Malta klubunu səfərdə 1:0 hesabı ilə yenib. Qurbanov bildirib ki, bu mərhələ keçmək üçün yetərli deyib: "Bir neçə qol imkanımız olsa da, minimal hesablı qələbə qazandıq. Amma bu bizim növbəti mərhələyə keçməyimiz anlamına gəlmir. Bakıda maltalıların vuracağı qol hesabın bərabərləşməsi deməkdi. Artıq bu oyunu unudub cavab görüşünü fikirləşmək lazımdı. Bakıda bizi heç də asan olmayan oyun gözləyir. Oyuna gəlib, 3 rəngli bayrağımızı tribunada açan azsaylı azarkeşlərimizə də verdiyi dəstəyə görə təşəkkür edirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər