"Simurq" xorvatlarla sülh bağladı

"Simurq" xorvatlarla sülh bağladı
Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən "Simurq" təlim-məşq toplanışını başa vurub. Fanat.az xəbər verir ki, Zaqatala kluu dünən son yoxlama oyununu keçirib. 
Georgi Çixradze yetirmələrini Xorvatiyanın "Lokomativa" klubu ilə oyunda sınayıb. "Simurq" son mövsümü 5-ci pillədə başa vuran komanda ilə oyunda heç-heçəyə razılaşıb - 3:3. Təmsilçimizin heyətində baxışda olan Lukas Tresnak, Stepan Polyak və Məhərrəm Hüseynov fərqlənib.
Qeyd edək ki, "Simurq" bundan əvvəl Sloveniyada 2 oyun keçirmişdi. Yerli "Aluminiy" klubunu 1:0 hesabı ilə yenən təmsilçimiz Makedoniya "Vardar"ı ilə sülh bağlamışdı - 2:2. Bu gün səhər saatlarında vətənə dönəcək Zaqata klubu iyulun 17-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yola düşəcək. İyulun 1-dək bu ölkədə qalacaq "Simurq" 5 oyun keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər