“Xəzər Lənkəran” yaxşı heyət formalaşdırıb və 2014/15 mövsümündə çempionluq uğrunda mübarizə aparacaq. Yeni komandamın uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəm”. Bu sözləri Fanat.az-a açıqlamasında “Bakı”nı “Xəzər Lənkəran”a dəyişən Əfran İsmayılov deyib.
“Ağ-yaşıllar”la ikiillik müqavilə imzalayan yarımmüdafiəçi “gəmiçilər”in Sloveniya toplanışına qoşulmamasına da aydınlıq gətirib: “Viza problemi yoluna qoyulanadək gözləməliyəm. Sənədlərimi vermişəm, məsələ yaxın 2 gündə həllini tapacaq. Rauf Əliyevin vizası olduğuna görə, Sloveniyaya məndən əvvəl gedib”.
İsmayılov Türkiyə klublarından aldığı təklifləri niyə dəyərləndirmədiyini də açıqlayıb: “Türkiyənin həm elita təmsilçisindən, həm də PTT liqasında oynayan klublarından təklif almışdım. “Bakı” transfer vərəqimi vaxtında vermədiyi üçün alınmadı”.
Fanat.az