"Rəvan" yeni bazasına köçüb. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Şamo Quliyev məlumat verib.
Klub rəsmisi bildirib ki, Qaraçuxurdakı bazada hələlik bir məşq meydançası var. Bazanın inzibati binası sabah istifadəyə veriləcək. Komanda səhər məşqlərini orda edəcək. Axşam məşqləri isə "Bayıl Arena"da baş tutacaq. Komanda ev oyunlarını da bu stadionda keçəcək.
Fanat.az