"Rəvan" bütün legionerləri ilə yollarını ayırıb. Bu barədə Faanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Şamo Quliyev məlumat verib.
Klub rəsmisi bildirib ki, polşalı qapıçı Lukaş Sapela və argentinalı yarımmüdafiəçi Xuan Manuel Vareanın müqaviləsi başa çatıb. Qalan legionerlərə isə azad agent statusu verilib. Yeni mövsümdə I divizionda çıxış edəcək komandanın heyətində legioner olmayacaq.
Qeyd edək ki, ötən mövsümün ikinci yarısında "Rəvan"da Sapela və Vareadan başqa Julio Cesar, Miloş Adamoviç, Boyan Markoviç, Mişhel Balokoq, Kamil Kopunek və Oke Akpoveta çıxış edib.
Fanat.az