"Rəvan” “Şahdağ”la “sülh bağladı”

"Rəvan” “Şahdağ”la “sülh bağladı”

“Rəvan” yeni mövsümə hazırlığın ilk mərhələsinə yekun vurub. Fanat.az xəbər verir ki, “aslanlar” seleksiya  xarakterli təlim-məşq toplanışına yoxlama matçı ilə nöqtə qoyublar.

Baş məşqçi Ramil Əliyev sərəncamında olan futbolçuları “Şahdağ”la görüşdə sınayıb. Paytaxt klubu ilk yarıda Əli Əliyev və Amil Yunanovun vurduğu qollarla önə keçsə də, qələbə hesabını qoruya bilməyib. “Bayıl Arena”da baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu oyundan sonra komanda istirahətə buraxılıb. “Rəvan” təlim-məşq toplanışının ikinci mərhələsinə iyulun 29-da start verəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər