Gürcüstanda təlim-məşq toplanışında olan "Qaradağ" növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Adil Mahmudov yetirmələrini "Mertsxali" ilə oyunda sınayıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. "Qaradağ" hesabla öndə olsa da, rəqib penaltidən bərabərliyi təmin edib.
Qeyd edək ki, "Qaradağ" Gürcüstanda 4 oyun keçirib. Bundan əvvəl "Poti"ni 2:1, "Xobi"ni 1:0 hesabı ilə yenən Lökbatan klubu "Lokomotiv"ə də qalib gəlib - 3:2.
Fanat.az