"Qalatasaray" "Livepul"un ulduzu ilə danışıqlara başladı

"Qalatasaray" "Livepul"un ulduzu ilə danışıqlara başladı

"Qalatasaray"la bağlı yeni transfer iddiaları səslənib. Fanat.Az xəbər verir ki, İstanbul klubunun Lukas Leyva və Vitor Hüqo ilə maraqlandığı bildirilir.

Mövsümün əvvəlində transferi son anda alınmayan Lukas Leyva yenidən hədəfə alınıb. Rəhbərlik artıq onunla danışıqlara başlayıb. Yayda İstanbul klubu bu futbolçu üçün "Liverpul"a 3,5 milyon avro verməyə razılaşmışdı. Bu dəfə transfer baş tutacağı halda isə "Qalatasaray" qarşı tərəfə pul ödəməycək. Çünki 30 yaşlı braziliyalı ulduzun ingilislərlə müqaviləsi başa çatır.

İddialara görə, tərəflər arasındakı ilk görüşdə "Qalatasaray" tərəfi Lukas Leyvaya 3 illik müqavilə üçün 7,5 milyon avro təklif edib. Lakin "sambaçı" 10 milyon avro maaş istəyir.Tərəflərin qarşıdakı gündə keçirəcəyi görüşdə bu problemi həll etməsi gözlənilir.

Qeyd edək ki, Lukas Leyva 2007-ci ildə Braziliyanın "Qremio" klubundan "Liverpul"a 10 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 8 milyon avro qiymət qoyub. 30 yaşlı yarımmüdafiəçi cari mövsümdə 27 rəsmi oyuna çıxaraq 1 qol vurub. O, Braziliyanın əsas millisində 24 oyun keçirib.

"Qalatasaray" "Livepul"un ulduzu ilə danışıqlara başladı

Müdafiə xəttini gücləndirmək istəyən "Qalatasaray" rəhbərliyi Vitor Hüqonu gətirmək niyyətindədi. "Sarı-qırmızılılar" qış fasiləsində də 25 yaşlı mərkəz müdafiəçisini transfer etmək istəmiş, amma alınmamışdı.

Bu futbolçunun transferi üçün yenidən hərəkətə keçən "Qalatasaray" rəsmilərindən Cenk Ergün İtaliyada "Palmeyras" rəhbərliyi ilə görüş keçirib. Cenk Ergün təklifini Braziliya klubunun rəsmilərinə təqdim edib.

Qeyd edək ki, Vitor Hüqo ötən ilin yanvarında Braziliyanın "Tombense" klubundan "Palmeyras"a 1,5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 4,5 milyon avro qiymət qoyub. 

"Qalatasaray" "Livepul"un ulduzu ilə danışıqlara başladı

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər