"İsveçə uduzmağa gəlməmişik"

"İsveçə uduzmağa gəlməmişik"

Xəbər verdiyimiz kimi, “İnter” “Elfsborq”la Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyununa çıxmaq üçün İsveçdədi. Bu gün axşam saatlarında görüşün baş tutacağı “Boras Arena”nın yardımçı meydançasında məşqə çıxacaq “bankirlər”in hücumçusu Baçana Tsxadadze Fanat.az-a açıqlama verib. Baş məşqçinin oğlu bunları deyib:

 “Elfsborq” Avropa təcrübəsi olan güclü rəqibdi. Onu “Tiraspol”la müqayisə etmək istməzdim. Çox fərqli komandalardı. Oyunun çətin alınacağına əminəm. Ancaq bura uduzmağa gəlməmişik. Məşqçilər korpusu rəqibin oyununu təhlil edib və bizə necə oynamaq lazım olduğu deyilib. Birinci görüşdə sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər