“Ayağımın şişi çəkilməyib. Ağrılar da var. “Elfsborq”la səfər oyununda oynamayacağım dəqiqdi”. Bu sözləri Fanat.az-a açıqlamasında “İnter”in yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
Avroliqanın ilkin təsnifat mərhələsinin Moldova “Tiraspol”u ilə cavab matçı ərəfəsində sol ayağının topuğundan zədə alan Elvin böyük ehtimalla, İsveçə getməyəcəyini söyləyib: “Həkimlər İsveçə getməməyimi məsləhət bilib. Getməyəcəm. Heç fərdi məşqlərə də başlamamışam. Ən yaxşı halda “Elfsborq”la cavab oyununa qədər sağalaram”.
Xatırladaq ki, "Elfsborq" - "İnter" görüşü iyulun 17-də Bakı vaxtı ilə 21.00-da baş tutacaq. Cavab qarşılaşması isə bir həftə sonra eyni saatda "Şəfa"da start götürəcək.
Fanat.az