"Həmişə baxımlı oynamaq olmur"

"Həmişə baxımlı oynamaq olmur"

“Cavab oyununa həvəslə hazırlaşırıq. Kimsə “Valetta”nın Malta çempionu olduğunu əsas gətirə, zəif komanda adlandıra bilər. Amma mən belələriylə razılaşmıram”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

Çərşənbə axşamı Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununa çıxacaq Ağdam təmsilçisinin futbolçusu əlavə edib: “Orda azarkeşlərin bizdən gözlədiyi oyunu göstərə bilməmişik.  Baxımlı oyun, bol qol arzulayanların narazılığını başa düşürəm. Amma bu futboldu, həmişə baxımlı oynamaq olmur. Rəqib böyük qüvvəylə müdafiə olunursa, boş zona vermirsə, daha çox nəticə haqda fikirləşmək lazım gəlir. "Valetta" inamla müdafiə olunur, əks-hücumlar qurmağa çalışırdı. Malta çempionuna hörmətlə yanaşırıq. Öz meydanımızda da uğurlu nəticə haqda düşünəcəyik. 1:0 hesablı qələbə sürüşkən hesabdı. Oyun boyu diqqətli olmalıyıq”.

Qara 3-cü mərhələ barədə danışmaq istəməyib: “Bzi hələ ilk mərhələni adlamamışıq. Ona görə də növbəti rəqibin kimliyi haqda danışmağa belə dəyməz. Yalnız “Valetta”yla oyunu düşünürük”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər