"Elfsborq"un həkimi:"Zədəsi ciddidi, oynamayacaq"

"Elfsborq"un həkimi:"Zədəsi ciddidi, oynamayacaq"

Avroliqanın II təsnifat mərhələsinin cavab qarşılaşmasında “İnter”in qonağı olacaq İsveç “Elfsborq”unun məşqçilər korpusu ciddi itkiyə üzülüb. Fanat.az xəbər verir ki, komandanın əsas heyət üzvlərindən biri - Yon Yönsson sıradan çıxıb. Daha doğrusu, müdafiəçi köhnə zədəsini yeniləyib.

 

Bu barədə klubun həkimi Matilda Lundblad məlumat verib. O bildirib ki, Yönsson Bakıdakı oyunu buraxacaq: “Yönssonun zədəsi ciddidi. Böyük ehtimalla, “İnter”lə Bakıdakı oyunda meydana çıxmayacaq. Əzələsində problemlər var”.

 

Qeyd edək ki, Borasdakı ilk oyunda “İnter” “Elfsborq”u 1:0 hesabı ilə yenib.

 

Fanat.az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər