"Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz" - Elşad Quliyev

"Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz" - Elşad Quliyev

Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda təşkil olunacaq dünya çempionatından öncə mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, o, evdə oynamağın böyük məsuliyyət tələb etdiyini bildirib: 

"Turnirə yaxşı hazırlaşmışıq. İlk görüşdə qalib gəlməliyik. Birinci matçdakı qələbə qarşıdakı oyunlarda bizə kömək olacaq. Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz. Uğurlu nəticə qazanacağımıza inanıram. Hər şey yaxşıdır. Bundan əvvəlki turnirlərdə çıxış etməyimiz komandaya mənfi təsir göstərməyəcək. Hazırlığımız yüksək səviyyədədir".

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan seçməsi Sloveniya, Mavritaniya və Bəhreyn yığmaları ilə üz-üzə gələcək. Turnir mayın 21-dən iyunun 1-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər