"Belə etdik ki, azarkeşlərimiz iftarlarını aça bilsin"

"Belə etdik ki, azarkeşlərimiz iftarlarını aça bilsin"

Çempionlar Liqasındakı təmsilçimiz  "Qarabağ" ikinci təsnifat mərhələsi çərçivəsinin cavab qarşılaşmasında sabah Malta "Valletta"sını qəbul edəcək. Fanat.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu gün düzənlənən mətbuat konfransında bunları deyib:

"Rəqib bizim üçün artıq tanış komandadı. Maltadakı qarşılaşmada hansıçatışmazlıqlarımızın olduğunu gördük. Oyunumuzda bəzi problemlər var idi. Amma bu, gözlənilən idi".

Qurbanov cavab oyununda da diqqətli olmağın vacibliyini vurğulayıb: "Yaxşı nəticə qazansaq da, arxayınlaşmaq olmaz. Çalışmalıyıq ki, ev oyununda səhvsiz oynayaq".

Qurbanov ÇL-in üçüncü təsnifat mərhələsində onları gözləyən Avstriya "Zalsburq"undan danışmaq istəməyib: "İndi "Zalsburq" mənə maraqlı deyil. Ən kiçik səhv bizə baha başa gələ bilər. Ona görə də avstriyalılardan nəsə gizləməyəçalışmayacağıq".

Qurbanov qarşılaşmanın ənənəvi olaraq 21:00-da yox, yarım saat gec başlamasının da səbəbini açıqlayıb: "Bu, orucluğa görədi. Belə etmişik ki, azarkeşlərimiz oyuna qədər iftarlarını da aça bilsin".

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər