"Rəvan"ın keçmiş qapıçısı Artur Kotenko Belarus mətbuatına Azərbaycan futbolunun səviyəsi haqda danışıb. Fanat.az xəbər verir ki, qolkiper çempionatımızı Belarus birinciliyindən zəif hesab edir:
"Mənə elə gəlir ki, Belarus çempionatı Finlandiya və Azərbaycan birinciliklərindən daha güclüdü. Amma təbii ki, futbol elə hər yerdə futboldu".
Qeyd edək ki, Kotenko 2011-ci ildə "Rəvan"da çıxış edib. Estoniyalı qapıçı hazırda Belarusun "Şaxtyor" klubunda forma geyinir.
Fanat.az