Paris-2024: Bədii gimnastika üzrə Azərbaycan millisi finala yüksəldi

Paris-2024: Bədii gimnastika üzrə Azərbaycan millisi finala yüksəldi

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsinə yüksəlib.

Fanat.Az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub.

Millinin çıxışı ümumilikdə 62.000 xalla dəyərləndirilib. Yığma halqalarla hərəkətdə 33.850, üç lent və iki topla isə 28.150 xal toplayıb. Final sabah Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər