Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi Çexiyanı məğlub edib

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi Çexiyanı məğlub edib

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. Fanat.Az xəbər verir ki, qadınlardan ibarət komanda IX turda Çexiyanı 4:0 hesabı ilə üstələyib. Kişi şahmatçılar isə Ermənistandan olan rəqiblərinə uduzublar - 1,5:2,5. Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər