Minifutbol: Azərbaycan millisi finalda!

Minifutbol: Azərbaycan millisi finalda!

Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatında yarımfinal görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu seçməmiz finala vəsiqə uğrunda matçda Monteneqro yığması ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmadan minifutbolçularımız qalib ayrılıblar - 2:1. Komandanın heyətində Ağaseyid Qasımov 23-cü, Ramiz Çovdarov 44-cü dəqiqədə fərqləniblər. Monteneqroluların yeganə qoluna ikinci hissənin əvvəlində Nikola Radonjiç imza atıb.

Azərbaycan millisinin finaldakı rəqibi bir qədər sonra müəyyənləşəcək. Həlledici qarşılaşmada rəqibimiz Macarıstan - Serbiya cütünün güclüsü olacaq. Final iyunun 1-də baş tutacaq.

Dünya çempionatı Yarımfinal 30 may

Azərbaycan - Monteneqro 2:1 Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radonjiç, 30.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər