Minifutbol: Azərbaycan millisi dünya çempionu ilə qarşılaşır

Minifutbol: Azərbaycan millisi dünya çempionu ilə qarşılaşır

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsi start götürür. 

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundial çərçivəsində bu gün 4 oyun keçiriləcək.

A qrupunun lideri Azərbaycan millisi B qrupunun ikincisi, son dünya çempionu Rumıniya ilə üz-üzə gələcək. Oyun saat 20:30-da başlayacaq.

Dünya çempionatı 1/8 final 27 may

17:30. İngiltərə - Bolqarıstan 19:00. Portuqaliya - Macarıstan 20:30. Azərbaycan - Rumıniya 22:00. Fransa - Mavritaniya

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər