Moskvada çimərlik futbolu üzrə Avroliqa yarışı başa çatıb. Fanat.az xəbər verir ki, Azərbaycan yığması son oyununda Moldova ilə qarşılaşıb.
Görüş futbolçularımızın 4:2 hesablı qələbəsiylə başa çatıb. Millimiz ilk oyununda Qazaxıstanla qarşılaşmışdı və 3:1 hesabıyla qalib gəlmişdi. Estoniya ilə matçda isə 1:2 hesablı məğlubiyyət qeydə alınmışdı.
Turnir cədvəli: Estoniya - 6. Azərbaycan - 6. Moldova - 3. Qazaxıstan - 0.
Fanat.az