2015-ci ildə Portuqaliyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası C qrupunda yer alıb.
Yığmamız bu qrupda İspaniya, Çexiya və Bolqarıstan milliləri ilə mübarizə aparacaq. Seçmə mərhələnin oyunları sentyabrın 4-dən 14-dək İtaliyada keçiriləcək.
Fanat.az