ÇL: "Qarabağ" mübarizəyə başlayır

ÇL: "Qarabağ" mübarizəyə başlayır

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" qitənin ən nüfuzlu klub turniridə bu gün mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2-ci təsnifat mərhələsinin ilk oyununda İrlandiya "Şelburn"u ilə üz-üzə gələcək. 

"Köhlən atlar" ÇL mübarizəsinə səfərdə start verəcək. Dublindəki "Tolka Park" stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səsləndiriləcək.

Matçda ədaləti FIFA referisi Ante Çulinanın başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası qoruyacaq. 

Qeyd edək ki, tərəflər arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsi, ilk oyun 23 iyul

22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Muhal, Mateo Erceq. VAR hakimləri: Mario Zebec (İtaliya), Tixomir Pejin (hamısı Xorvatiya). Dublin. "Tolka Park".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər