Bu gün Braziliyada keçirilən dünya çempionatına yekun vurulacaq. Fanat.az xəbər verir ki, Almaniya və Argentina arasında baş tutacaq final matçında 20-ci dəfə dünya çempionatının qalibi müəyyənləşəcək.
Bu il 8-ci dəfə dünya çempionatına Amerika ölkəsi ev sahibliyi edir. İndiyədək baş tutan 7 mundialın heç birində kubok Amerikanı tərk etməyib. Braziliya 3, Argentina və Uruqvay 2 dəfə qalib adını qazanıb.
Bu gecə Almaniya dünya çempionu olsa, kubok ilk dəfə Amerikanı tərk edəcək. Argentina qalibi adını qazansa ənənə davam edəcək.
Uruqvay-1930 - Uruqvay
Braziliya-1950 - Uruqvay
Çili-1962 - Braziliya
Meksika-1970 - Braziliya
Argentina-1978 - Argentina
Meksika-1986 - Argentina
ABŞ-1994 - Braziliya
Amerikada baş tutan 7 finaldan cəmi ikisində bu qitənin təmsilçiləri qarşılaqıb. 1930-cu ildəki Uruqvay - Argentina və 1950-ci ildəki Uruqvay - Braziliya finallarını birincilər qazanıb.
Qalan 5 finalda isə amerikalılar avropalılarla qarşılaşıb və qalib olublar: Braziliya - Çexslovakiya, Braziliya - İtaliya, Argentina - Hollandiya, Argentina - Qərbi Almaniya, Braziliya - İtaliya.
Bu dəfə 6-cı Amerika - Avropa finalı baş tutacaq: Argentina - Almaniya.
Ümumilikdə isə dünya çempionatı 10-cu dəfə Amerika - Avropa finalına səhnə olacaq.
Fanat.az