Klublarımız potensial rəqiblərini nə vaxt tanıyacaq?

Klublarımız potensial rəqiblərini nə vaxt tanıyacaq?
Çempionlar Liqasının və Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb. Fanat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir iyulun 18-də keçiriləcək.
UEFA-nın İsveçrənin Nyondakı mənzil-qərargahında baş tutacaq mərasimdə əvvəlcə Çempionlar Liqasının püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15.00-da başlayacaq. Bundan bir saat sonra isə Avropa Liqasının püşkü atılacaq.
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" Maltanın "Valletta" klubu ilə qarşılaşacaq. Avropa Liqasında yarışan "İnter" İsveç "Elfsborq"unu, "Neftçi" Sloveniya "Koper"ini sınağa çəkəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər