"Giresunspor"un prezidenti Mustafa Temel Bozbağ Kamal Bayramovla Ayaz Mehdiyevin transferindən danışıb. Fanat.az xəbər verir ki, hər iki futbolçunun komandaya uğurlu olmasını arzulayıb.
"Hər iki qardaşımızın uğurlu olacağına inanırıq. Camiəmizə xeyirli-uğurlu olsun" deyə Bozbağ bildirib.
Futbolçularımız da transferləri ilə bağlı qısa açıqlama verib. Kamal Bayramov "Uğurlu olacağıma inanıram" deyib.
Ayaz isə etimadı doğruldacağını bildirib: "Yeni klubumun möhtəşəm azarkeşlərinin olduğunu bilirəm. Bu formanı əynimə geyinmək üçün gəldim. Mənə olan etimadı doğruldacam".
Fanat.az