İlk mərhələ başa çatır

İlk mərhələ başa çatır
Yeni mövsümə hazırlığını davam etdirən AZAL gündə bir dəfə olmaqla məşqləri davam etdirir. Fanat.az xəbər verir ki, dünən baş məşqçi Tərlan Əhmədovun istəyi əsasında yarımsaatlıq yüngül məşqdən sonra ikitərəfli oyun keçirildi. Şərti olaraq “sarılar” və “qırmızılar”ın mübarizəsindən birincilər qalib ayrılıb - 2:1. “Sarılar”da Viktor İbekoyi və Xuan Fransisko, “qırmızılar”da isə Rəşad Abdullayev fərqlənıb. 
Qeyd edək ki, bu gün keçiriləcək səhər məşqi ilə AZAL-ın yeni mövsümə hazırlığının birinci mərhələsi başa çatacaq. AZAL iyul ayının 16-da səhər saatlarında Türkiyənin Bolu şəhərinə - hazırlığın ikinci mərhələsinə yola düşəcək. Qardaş ölkədə 13 gün qalacaq komanda 5 yoxlama görüçündə qüvvəsini sınayacaq. Sparrinq-rəqiblərlə bağlı işlər tamamlanmaq üzrədi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər