İlham Əliyev Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

İlham Əliyev Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisini təbik edib.

Fanat.Az xəbər verir ki, bununla bağlı dövlətimizin başçısının sosial şəbəkə hesablarında paylaşım edilib:

“2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram”.

 

Qeyd edək ki, Azərbaycan millisi Slovakiyada keçirilən qitə çempionatının qalibi olub və tarixində ikinci dəfə Avropanın ən güclüsü tituluna yiyələnib. Yığmamız həmçinin son dünya çempionudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər