III MDB Oyunları: Azərbaycan millisi qızıl medal matçına çıxır

III MDB Oyunları: Azərbaycan millisi qızıl medal matçına çıxır

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları başa çatmaq üzrədir. 

Fanat.Az xəbər verir ki, sonuncudan əvvəlki gündə 4 idman növü üzrə yarışlar keçiriləcək.

Şəkidə çövkən üzrə final matçı baş tutacaq. Qızıl medal uğrunda həlledici qarşılaşmada Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək. Sözügedən şəhərdə həmçinin, bədii gimnastika yarışları davam edəcək.

Gəncədə də iki idman növü üzrə medalçılar bəlli olacaq. Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə yarışın qalibləri müəyyənləşəcək. Gəncə İdman Sarayında isə qılıncoynatma yarışlarında mükafatçılarının adlarına aydınlıq gələcək.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər