“Heydər Əliyev-100”: Azərbaycan millisi yarımfinalda!

“Heydər Əliyev-100”: Azərbaycan millisi yarımfinalda!

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində pley-off mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, günün ilk oyununda Azərbaycan millisi meydana çıxıb.

Bakı Tennis Akademiyasında baş tutan qarşılaşmada yığma komanda Fransa ilə üz-üzə gəlib. Görüş Elşad Quliyevin yetirmələrinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Fransızlar hesabı açsalar da, ikinci hissədə rəqib qapısından 3 top keçirən Azərbaycan yığması 3:2 hesabı ilə qalib gəlib.

Bununla da, milli turnirin yarımfinalına vəsiqə qazanıb. Komanda bu gün saat 20:00-da Serbiya ilə finala vəsiqə qazanmaq uğrunda qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər